Kafu: "Azərbaycan futbolu ilə maraqlanmağa başladım"


İdman 26 Sen 2018 13:04:00 282 0

Kafu: "Azərbaycan futbolu ilə maraqlanmağa başladım"

"Bura gələndən sonra Azərbaycan futbolu ilə maraqlanmağa başladım. FIFA-nın yeni layihələri çərçivəsində Bakıya yenidən səfər edə bilərəm".

Goal.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan braziliyalı ikiqat dünya çempionu Kafu jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Veteran futbolçu digər sualları da cavablandırıb.

- "Qarabağ" Avropa Liqasında "Arsenal" və "Sporting" kimi komandalarla rəqabət apara bilərmi?

- Meydanda olanda hər şey özündən asılıdır. İlk öncə özünə inanıb meydana çıxmalısan. Hər bir komanda müsbət nəticə qazana bilər.

- Sabiq komandanız İtaliya "Roma"sının ötən mövsüm Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdiyi oyunlara baxmısınız?

- Təəssüf ki, həmin oyunu izləyə bilməmişəm.

- Azərbaycanda çıxış edən braziliyalı oyunçulardan kimisə tanıyırsınız?

- Braziliyalı futbolçular dünyanın hər yerində çıxış edir. Bu, sevindirici haldır.

- Uzun müddətdir braziliyalı oyunçular dünyanın ən yaxşı futbolçusu seçilə bilmir. Neymar bu uğursuz ənənəyə son qoya bilərmi?

- Neymar böyük oyunçudur. İnanıram ki, o növbəti dünya çempionatlarında Braziliya yığmasının uğur qazanmasına töhfə verəcək. Neymar gələcəkdə "Qızıl top" ala bilər.