Can Bonomo motosikletlə qəzaya düşdü


Digərləri 26 Sen 2018 12:57:00 215 0

Can Bonomo motosikletlə qəzaya düşdü

Məşhur türkiyəli müğənni Can Bonomo bu gün motosikletlə qəzaya düşüb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, günorta saatlarında o, motosikletlə hərəkətdə olarkən qarşıdakı avtomobilin sürücüsü anidən dayanıb.

O, maşının qapısını açar-açmaz Bonomo motosikletlə qapıya dəyib. Nəticədə musiqiçinin qabırğaları çatlayıb, körpücük sümüyü isə qırılıb. Ona 1 ay məcburi istirahət verilib və konsertləri təxirə salınıb.