Ərdoğan: Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər


Digərləri 26 Sen 2018 12:56:58 229 0

Ərdoğan: Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər

Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər.

Bakı. Rufiz Hafizoğlu - Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, Türkiyə və Rusiyanın İdlibdə vəziyyətin tənzimlənməsi üzrə saziş imzalaması regiondakı duruma müsbət təsir göstərib.