Real Sociedad-ın futbolçusunu cəza gözləyir


İdman 26 Sen 2018 12:45:00 237 0

Real Sociedad-ın futbolçusunu cəza gözləyir

Real Sociedad-ın futbolçusu Teo Hernandes 4 oyunluq cəzalandırıla bilər. Goal.az xəbər verir ki, Teo San Sebastyan klubunun La Liqanın 5-ci turunda səfərdə Huesca-nı 1:0 hesabıyla məğlub etdikləri matçda oyundan qovulmuşdu. Rəqibinə sərt müdaxilə edən futbolçuya birbaşa qırmızı vərəqə göstərilmişdi. Bu barədə məlumatı İspaniya mətbuatı verib. Teo komandasının qarşıdaki 4 oyununu buraxacaq.

20 yaşlı müdafiəçi Real-dan icarəyə götürülüb.