İlkindən xanımına: "Sevirsən, xoşbəxtsən..."


Şou-biznes 26 Sen 2018 12:35:00 216 0

İlkindən xanımına: "Sevirsən, xoşbəxtsən..."

Aparıcı-aktyor İlkin Həsəni həyat yoldaşı Ayseli ad günü münasibətilə təbrik edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını paylaşaraq bunları yazıb:

"Bilirsən, xoşbəxtlik səbəbi olmayan yeganə bir duyğudur... Sevirsən - xoşbəxtsən, sevilirsən - xoşbəxtsən, yaşayırsan - xoşbəxtsən. Bilirsən necə gözəl bir hissdir həmxasiyyət olmaq? Bəli, bilirsən! Bilirsən, necə gözəl bir duyğudur, biləndə ki, sən səhv olanda səni başa düşəcək biri var?