Başqalarının bank kartlarından pul oğurlayan şəxs tutuldu


Digərləri 26 Sen 2018 12:16:00 279 0

Başqalarının bank kartlarından pul oğurlayan şəxs tutuldu

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə, Astara şəhər sakini C. Məmmədov və rayonun Ərçivan qəsəbə sakini olan bir qadın Astara RPŞ-yə ərizə ilə müraciət edərək şəhər ərazisində bankomatlardan birindən tanımadıqları bir şəxsin onlara məxsus plastik kartdakı pulu çıxararaq mənimsədiyini bildiriblər.

Belə ki, onlar bankomatın yanında dayanan tanımadıqları bir şəxsə plastik kartlarını verərək pullarını çıxarmağı xahiş ediblər. Həmin şəxs isə "kartda pul yoxdur" deyərək onları aldadıb.

Əslində isə həmin vətəndaşlara məxsus ümumilikdə 183 manat pullarını çıxararaq mənimsəyib.