AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib "Yarasa" FOTO


Digərləri 26 Sen 2018 12:17:20 290 0

AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib  "Yarasa"  FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı ilk dəfə pilotsuz uçuş aparatı (PUA) istehsal edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, kamikadze tipli PUA-nın çəkisi 12 kiloqramdır.

Kamikadze 5 kiloqram yüklə 2 min metr hündürlüyə qalxa və düşmən obyektlərinin xəritəsini çəkib oranı dəqiqliklə məhv edə bilir.

Kamikadze-PUA-nın maksimal sürəti 160 km/saatdır.

Müşahidə kamerası ilə obyekti müşahidə edəndən sonra uçan aparat özünü obyektə çırparaq partladır.


Xəbərə aid fotolar