BMT-nin Əhali Fondu əlilliyi olan qadınlar və Dağlıq Qarabağ müharibəsi veteranlarının rifahı ilə bağlı layihə işləyir (FOTO)


Digərləri 26 Sen 2018 11:43:00 213 0

BMT-nin Əhali Fondu əlilliyi olan qadınlar və Dağlıq Qarabağ müharibəsi veteranlarının rifahı ilə bağlı layihə işləyir (FOTO)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrasında ölkəmizdə mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. Nazir səmərəli məşğulluq imkanlarının yaradılması istiqamətində Azərbaycanda fəal və məqsədyönlü dövlət siyasətinin aparıldığını bildirib. O, qeyri-neft sektorunun sürətli inkişafı şəraitində yeni iş yerlərinin açılmasının daimi prosesə çevrildiyini, işsizliyin azaldığını, əmək bazarında sabitliyə nail olunduğunu qeyd edib. S.Babayev əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı proqramlarının icrası və genişləndirilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması sahələrində görülən işlər, aparılan islahatlar barədə məlumat verib. Nazir Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ və şəffaf şəkildə göstərilməsi üçün DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması üçün aparılan işlər barədə də danışıb.