İcbari tibbi sığorta sistemi ilə göstəriləcək xidmətlərin sayı


Digərləri 26 Sen 2018 11:35:00 259 0

İcbari tibbi sığorta sistemi ilə göstəriləcək xidmətlərin sayı

İcbari Tibbi Sığorta Agentliyi ölkə üzrə həyata keçiriləcək icbari tibbi sığorta sisteminə baza zərfi ilə bağlı dəyişikliklər edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Hazırda icbari tibbi sığorta sisteminin pilot olaraq həyata keçirildiyini xatırladan V.Qurbanov qeyd edib ki, pilot ərazilərdə aşkar edilmiş bəzi xəstəliklər baza zərfinə daxil edilməmişdi: "Onların yeni baza zərfində öz əksini tapması nəzərdə tutulur".

Agentlik rəsmisinin sözlərinə görə, yeni baza zərfinin quruluşu da fərqli olacaq ki, özündə diaqnozları və həmin diaqnoza aid olan tibbi müayinələri, müalicələri əks etdirəcək.