Metroda ayaqlarını aralayıb oturanlar


Digərləri 26 Sen 2018 11:26:00 319 0

Metroda ayaqlarını aralayıb oturanlar

İctimai nəqliyyatda kişilərin ayaqlarını aralayaraq oturmaları çox pisdir, iyrəncdir. Bu, menspredinqdir. Mən də ictimai nəqliyyatda maçizmin belə təzahürünə qarşı mübarizə aparıram.

Son.az bildirir ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan, yerli universitetin hüquq fakultəsində təhsil alan məşhur bloqer və ictimai fəal Anna Dovqalyuk ictimai nəqliyyatda ayaqlarını aralayaraq oturanlara qarşı aksiya keçirib.

O, "Ayaqlarını araladın? Al, gəldi!" ("Spread your legs? Here you go!" adlandırdığı videomanifestini YouTube-dakı kanalında yerləşdirib.

Videoya indiyədək 850 mindən artıq insan baxıb.

Anna Dovqalyuk dostları ilə birlikdə Sankt-Peterburq metrosuna yollanıb, vaqonlarda ayaqlarını aralayaraq oturanların üzərinə içində ağardıcı məhlul olan butulkadakı məhlulu tökməyə başlayıb.

Anna Dovqalyukun dediyinə görə, "ictimai nəqliyyatda özünə birdən artıq yer tutmağa çalışanların maçizmi, alfa-erkəklik mərəzinə qarşı mübarizə məqsədilə aksiya keçirib".

Problem Azərbaycanda da var.


Xəbərə aid fotolar