İcbari tibbi sığorta sistemi ilə göstəriləcək xidmətlərin sayı ARTIRILACAQ


Digərləri 26 Sen 2018 11:20:00 243 0

İcbari tibbi sığorta sistemi ilə göstəriləcək xidmətlərin sayı ARTIRILACAQ

İcbari Tibbi Sığorta Agentliyi ölkə üzrə həyata keçiriləcək icbari tibbi sığorta sisteminə baza zərfi ilə bağlı dəyişikliklər edəcək.

Bakı. İlhamə İsabalayeva - İcbari Tibbi Sığorta Agentliyi ölkə üzrə həyata keçiriləcək icbari tibbi sığorta sisteminə baza zərfi ilə bağlı dəyişikliklər edəcək. Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov deyib. Hazırda icbari tibbi sığorta sisteminin pilot olaraq həyata keçirildiyini xatırladan V.Qurbanov qeyd edib ki, pilot ərazilərdə aşkar edilmiş bəzi xəstəliklər baza zərfinə daxil edilməmişdi: "Onların yeni baza zərfində öz əksini tapması nəzərdə tutulur".