700 bal toplayan gənc: BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib


Digərləri 26 Sen 2018 10:23:00 234 0

700 bal toplayan gənc: BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib

Bu ilin qəbul imtahanında 700 bal toplayan Sona Mehdizadə Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

Bakı. Bu ilin qəbul imtahanında 700 bal toplayan Sona Mehdizadə Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. Trend həmin müsahibəni təqdim edir: - Sona, özünüz haqda bir az danışın. - Mən Sona Mehdizadə, 26 noyabr 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. 2007-ci ildə 56 saylı orta məktəbin birinci sinfinə daxil olmuşam və orada ibtidai təhsilimi tamamlayıb, 2011-ci ildən 147 saylı texniki-humanitar liseydə təhsilimi davam etdirmişəm. 2018-ci ildə 58 saylı orta məktəbdən qızıl medalla məzun olmuşam və bu il DİM tərəfindən keçirilən yay qəbul imtahanında 700 bal toplamışam. Mən həmçinin 2007-2014-cü illərdə Səid Rüstəmov adına 13 saylı musiqi məktəbində fortepiano üzrə təhsil almışam. - Sizcə qəbul imtahanında bu uğurunuzda ən çox kimin əziyyəti var? - Əlbəttə ki, ilk öncə ailəmin. Mənə hər zaman dəstək olduqları və məni hər zaman ruhlandırdıqları üçün onlara hər zaman minnətdaram. Sonra isə 58 və 147 saylı məktəblərin müdiriyyəti başda olmaqla bütün müəllimlərimə və son 2 il ərzində mənim üzərimdə çox əziyyətləri olan hazırlıq müəllimlərimə təşəkkür edirəm. Bu uğurda hər birinin payı var. - Niyə I qrupa üstünlük vermisiz? - Məktəbdə aşağı siniflərdən texniki fənlərə marağım daha çox olub. Riyaziyyat, fizika və kimya sevimli fənlərim idi. - Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz? - Pianoda ifa etməyi, bədii kitablar oxumağı, təmiz havada gəzməyi və idmanla məşğul olmağı sevirəm. - Bəs ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz? - Mən 9-cu sinifdən universitetlər haqqında maraqlanmağa başladım. Bir çox tələbələrdən və müəllimlərdən məsləhət alırdım. Qəbul zamanı isə özüm qərar verdim ki, mən BANM-da təhsil alacağam. Fikirləşirəm ki, BANM Azərbaycanda mühəndislik sahəsində olan universitetlərdən ən yaxşısıdır. - BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi? - Mən BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdim. - Bu seçiminizi özünüz etmisiz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?