Azərbaycanla daha bir ölkə arasında diplomatik əlaqələr qurulub


Digərləri 26 Sen 2018 10:27:00 193 0

Azərbaycanla daha bir ölkə arasında diplomatik əlaqələr qurulub

Xarici işlər naziri Elmar Məmmədyarov San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə görüşüb.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə görüşüb. Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində keçirilən bu görüş zamanı tərəflər "Azərbaycan Respublikası və San Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike" sənədi imzalayıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin