NovosibirskBakı aviareysinin sərnişini təyyarəni partladacağı ilə hədələyib


Kriminal 26 Sen 2018 08:53:00 248 0

NovosibirskBakı aviareysinin sərnişini təyyarəni partladacağı ilə hədələyib

Sentyabrın 24-ü günorta saatlarında Rusiyanın Novosibirsk şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsində insident yaşanıb. Təyyarəyə sərxoş vəziyyətdə minən Krasnoyarsk vilayətindən olan 51 yaşlı sərnişin hava gəmisini partladacağı ilə hədələyib.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə Nəqliyat İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, kişi Bakıya birbaşa aviareyslə uçmaq üçün Krasnoyarskdan Novosibirskə gəlib. Krasnoyarsklı "S7" aviaşirkətinə məxsus təyyarəyə uçmağa hazırlaşan zaman stüardessadan onu ekanom sinfli oturacaqdan biznes sinfi olan hissəyə keçirməyi tələb edib. Sərnişin rədd cavabı aldıqda isə qışqıraraq deyib: "Məndə bomba var! Sizin hamınızı partladacağam!".