Xərçəng xəstəsi olduğunu dedi, minlərlə dollar yığdı


Digərləri 26 Sen 2018 08:12:00 251 0

Xərçəng xəstəsi olduğunu dedi, minlərlə dollar yığdı

Avstraliyanın Viktoriya ştatının Kerolayn-Sprinqs şəhərinin sakinini yalan danışaraq, ianə topladığına görə cəza gözləyir. 

Son.az oxu.az-a istinadən bildirir ki, 26 yaşlı qadın pula ehtiyacı olduğu üçün iki ay müddətində yaxınlarına, dostlarına və qohumlarına qaraciyər xərçənginə tutulduğunu deyib. 

Çoxları ona kömək etməyə razılıq verib, nağd və ya bank vasitəsilə ona yardımı çatdırıb. Qadın bu yolla 9000 Avstraliya dolları (6500 ABŞ dolları - red.) yığıb.