YENİLİK Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək


Digərləri 26 Sen 2018 07:53:00 271 0

YENİLİK  Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək

Orta məktəblərdə böyük summativ qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən aparıldığından onların artıq dərs vaxtında deyil, dərsdən kənar vaxtda keçirilməsi planlaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib.

Onun sözlərinə görə, yeni layihədə summativlərin keçirilmə müddətləri də dəqiq göstərilib. Yeni layihəyə əsasən, kiçik summativ qiymətləndirmələr dərs vaxtında və bir dərs saatında, yəni 45 dəqiqiə ərzində keçirilməlidir. Böyük summativ qiymətləndirmələrin keçirilməsi üçün isə ən çoxu 90 dəqiqə vaxtın ayrılması nəzərdə tutulur.