Uşaqları üçün ödədiyi pulun miqdarını artırdı


Digərləri 26 Sen 2018 07:55:00 285 0

Uşaqları üçün ödədiyi pulun miqdarını artırdı

Müğənni Britni Spirslə keçmiş əri Kevin Federlayn arasındakı məhkəmə prosesi hələ də davam edir. 

Son.az axşam.az-a istinadən bildirir ki, Kevin uşaqlar üçün Spirsin ödədiyi alimentin artırılmasını tələb edir. İndi isə məhkəmə prosesi ilə bağlı yeni məlumatlar açıqlanıb. Bildirilib ki, Britni nəhayət, ərinin istəyi ilə razılaşıb. 

Mənbənin xəbərinə görə, Spirslə Federlaynın razılığı arasında təkcə pul yox, başqa məqamlar da var. Bunlar isə sir saxlanılır. 2007-ci ildə boşanan ifaçı ərinə uşaqlarına baxması üçün ildə 20 min dollar ödəyirdi. Avqustda isə məhkəmə Britninin keçmiş ərinə bəzi xərclərə görə 110 min dollar ödəməsinə qərar verib. Onun bundan sonra ödəyəcəyi alimentin isə miqdarı açıqlanmayıb. 

Müğənninin və rəqqasın köməkçiləri məsələ ilə bağlı açıqlama verməkdən qaçıblar. 


Xəbərə aid foto