Həftənin ən dəbli ulduzları FOTO


Digərləri 26 Sen 2018 07:41:00 208 0

Həftənin ən dəbli ulduzları  FOTO

Dizaynerlər modapərəstlərə hər mövsüm müxtəlif və rəngərəng geyim kolleksiyaları təqdim edir. Sirr deyil ki, lüks brendlərin ilk alıcıları dünya şöhrətli aktrisalar, modellər və ya müğənnilərdir. Nəticə etibarı ilə saysız moda tendensiyalarının yaradıcıları tanınmış sənət adamları sayılır. Çünki biz yeni kolleksiyalar əsasında yaradılan qüsursuz kombinləri ilk dəfə məhz onların əynində görürük.

Dünya ulduzlarının hər çıxışı instaqramda və moda saytlarında böyük maraqla qarşılanır. Odur ki, moda ilə yaxından maraqlanan oxucular üçün ötən həftənin ən dəbli xanımlarının fotolarını seçmişik.