Qum üzərində müstəqil şəkildə hərəkət edən “heyvanlar” (FOTO) (VİDEO)


Digərləri 26 Sen 2018 07:31:37 228 0

Qum üzərində müstəqil şəkildə hərəkət edən “heyvanlar” (FOTO) (VİDEO)

Niderlandlı rəssam və heykəltəraş. Teo Yansen dünyanı qəribə mexanizmlərlə illər boyu heyran edir. Həmin mexanizmlər böyük skeletləri xatırladır və küləyin təsiri altında müstəqil olaraq hərəkət edir.

Bakı. Tural Turan - Niderlandlı rəssam və heykəltəraş. Teo Yansen dünyanı qəribə mexanizmlərlə illər boyu heyran edir. Trend-in məlumatına görə, həmin mexanizmlər böyük skeletləri xatırladır və küləyin təsiri altında müstəqil olaraq hərəkət edir. Yansen maşınlarının istehsalını hələ 1990-ci ildə başlayıb və bu yaxınlarda Uminami adlı yeni işini təqdim edib. Əvvəlki işləri kimi mexanizm küləyin təsiri altında hərəkət edir və böyük qırxayağı xatırladır. Yansenin yaratdığı “heyvanlar” əksər hallarda nəsli kəsilmiş heyvanları və ya yadplanetliləri xatırladır.