Peruda avtobus uçuruma yuvarlanıb: 21 ölü var


Digərləri 26 Sen 2018 06:31:00 229 0

Peruda avtobus uçuruma yuvarlanıb: 21 ölü var

Perunun avtomobil yollarından birində sərnişin avtobusunun uçurumdan aşağı düşməsi nəticəsində 21 nəfər həlak olub.

Bakı. Tural Turan - Perunun avtomobil yollarından birində sərnişin avtobusunun uçurumdan aşağı düşməsi nəticəsində 21 nəfər həlak olub. Trend-in məlumatına görə, əvvəlcə yeddi nəfərin öldüyü xəbər verilib. Avtobus ölkənin cənub-qərbində yerləşən Kusko və Santo-Tomas şəhərləri arasında, Çumbivilkas əyalətində dağ yolundan uçuruma yuvarlanıb. Həmin ərazidə uçurumun hündürlüyü təqribən 300 metr təşkil edib.