Azərbaycan peyki göyərtəsində olan Arian-5 daşıyıcı-raketi uçuşa hazırdır


Digərləri 26 Sen 2018 01:53:00 244 0

Azərbaycan peyki göyərtəsində olan Arian-5 daşıyıcı-raketi uçuşa hazırdır

Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasında, Ariane 5 daşıyıcı-raketin Azerspace-2 / Intelsat 38 kommunikasiya peyki ilə birlikdə buraxılışı üçün geri sayım başladı.

Bakı. Hüseyn Vəliyev - Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasında, Ariane 5 daşıyıcı-raketin Azerspace-2 / Intelsat 38 kommunikasiya peyki ilə birlikdə buraxılışı üçün geri sayım başladı. Trend-in məlumatına görə, bu barədə “Arianespace” şirkəti bildirib. VA243 uçuş missiyası “Ariane 5” raketi üçün sayca 100-cü, “Arianespace” buraxılış qurğuları üçün isə 300-cü olacaq.