Azərbaycan nefti bahalaşmaqda davam edir
Digərləri 25 Sen 2018 23:59:00 282 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 82,21 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,85 dollar/barel çoxdur.
Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 81,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,84 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 24-də 78,73 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,64 dollar/barel çoxdur.
Mənbə: milli.az