Həzrət Zeynəbin taleyi necə oldu?


Digərləri 25 Sen 2018 23:50:00 254 0

Həzrət Zeynəbin taleyi necə oldu?

Əsirlikdən Mədinəyə qayıtdıqdan sonra Həzrət Zeynəbin taleyi necə olmuşdur?

Həzrət Zeynəbin Diməşqdən Mədinəyə qayıtdıqdan sonrakı taleyi haqqında məlumatlar ziddiyyətlidir. Şiə rəvayətlərində hicri 62-ci ildə (miladi 681-682-ci illər) Yezid qoşunları tərəfindən Mədinədə törədilmiş qətlü-qarətdən sonra Xanım Zeynəbin Dəməşqə getdiyi və orada həmin ilin rəcəb ayının 15-də (miladi 682-ci il) vəfat etdiyi bildirilir.

Son.az islam.az-a istinadən bildirir ki, onun Dəməşqə getməsinin səbəbini belə izah edirlər: Mədinə qırğınından sonra şəhərdə qəhətlik baş verir. Həzrət Zeynəbin həyat yoldaşı Abdullah ibn Cəfərin Şamda əkin sahələri vardı. O, həmin sahələrin məhsulundan faydalanmaq üçün Dəməşqə yollanır, Xanım Zeynəbi də özü ilə aparır. Həzrət Zeynəb burada vəfat edir və qədim Diməşq şəhərindən 7 km. şərqdə yerləşən Raviyə kəndində dəfn olunur. Hal-hazırda buralar Dəməşqin Zeynəbiyyə məhəlləsi adı ilə məşhurdur.