Həmsədrlər Mnatsakanyanla Qarabağı müzakirə etdilər


Dünya 25 Sen 2018 23:31:00 282 0

Həmsədrlər Mnatsakanyanla Qarabağı müzakirə etdilər

ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-Yorkda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin perspektivləri müzakirə olunub.

Qeyd edək ki, sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Z. Mnatsakanyanla görüşü keçiriləcək.