Nə edim ki, uşaq xəstələnməsin?


Digərləri 25 Sen 2018 23:25:00 449 0

Nə edim ki, uşaq xəstələnməsin?

Soyuq fəsillərdə uşaqlar daha tez-tez virus və soyuqdəymə xəstəliklərinə tutulur.

Lakin pediatrlar sübut edir ki, əksər hallarda bunun səbəbi virusların artması deyil, uşaqlara düzgün olmayan baxımdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, rusiyalı pediatr Anna Birka uşaqları xəstəliklərdən qorumaq üçün bəzi çox sadə tövsiyələri verib.

1. Uşaq soyuq fəsillərdə də hər gün açıq havada gəzməlidir. Bu immun sisteminin möhkəmləndirilməsi üçün ən sadə və effektli vasitədir.

2. Uşağı çox isti geyindirməyin ki, uşaq tərləməsin. Tərləyəndə uşaq daha tez xəstələnir.  

3. Uşaq daha tez-tez əllərini yumalıdır. Bu virusların orqanizmə daxil olmasına mane olur. Hər dəfə çöldən evə qayıdanda uşaq əllərini və üzünü yaxşı yumalı, boğazını adi su ilə qarqara etməlidir.