Oqtay Şirəliyevin qızı nazir təyin edildi


Digərləri 25 Sen 2018 22:51:00 267 0

Oqtay Şirəliyevin qızı nazir təyin edildi

Moskva diyarının qubernatoru Andrey Vorobyev Şirəliyeva Nərmin Oqtay qızını Mədəniyyət naziri təyin edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, o, məlumatı region hökumətinin iclasında səsləndirib: "Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Şirəliyevanı təyin etmişəm".

Nərmin Şirəliyeva 2013-cü ildən Moskva qubernatorunun administrasiyasında çalışıb. Onun fəaliyyəti dövründə əyalətdə bir sıra mədəniyyət tədbirləri və layihələr həyata keçirilib.