Yupiterdə Yerdə baş verənlər təkrarlanır


Digərləri 25 Sen 2018 22:20:00 270 0

Yupiterdə Yerdə baş verənlər təkrarlanır

Amerika Kosmik və Aviasiya Agentliyinin (NASA) araşdırmaçıları Yupiter planetində Yer kürəsindəki kimi şimşək çaxmasının səbəbini öyrənib.

NASA Yupiteri müşahidə edən "Yuno" kosmik gəmisinin verdiyi bilgilər sayəsində şimşəklərin ekvator bölgəsində deyil, qütblərdə daha çox olduğunu öyrənib.

"Yuno"nun kəşfiyyat peyki olan Mikrodalğa Radiometr ilə şimşəklərin daha öncə əldə edilməyən elektrik tezlikləri ölçülüb və şimşəklərin Yerdəki gücdə və tezlikdə olduğu üzə çıxıb.

Son.az axar.az-a istinadən bildirir ki, buna rəğmən, şimşəklərin çoxaldığı bölgələrin dünyadan niyə fərqli olduğunu araşdıran elm adamları bunun Günəşdən qaynaqlanan istiliklə bağlı olduğu qənaətinə gəlib.

Yupiterin orbiti Günəşə Yerlə müqayisədə 5 qat daha uzaqdır və buna görə Yupiter planetimizə nəzərən 25 qat daha az istilik ala bilir. Planetin ekvator bölgəsində müəyyən istilik olsa da, Yerdə olduğu kimi kəskin buxarlanma baş vermir.