Məmmədyarov Pompeonun köməkçisi ilə görüşdü


Siyasət 25 Sen 2018 22:13:00 241 0

Məmmədyarov Pompeonun köməkçisi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves Miçellə görüşüb.   Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutan görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.