Uşaği boşanma şokundan necə qorumali?


Digərləri 25 Sen 2018 22:15:00 242 0

Uşaği boşanma şokundan necə qorumali?

Ailə valideynlərin, uşaqların və bacı-qardaşlar arasındakı münasibətlərdən ibarət kiçik birlik kimi tanınır. Evlilik vasitəsilə böyüyən və genişlənən bu birlik ailəyə uşağın gəlişi ilə daha da möhkəmlənir. Ailədə getdikcə artan məsuliyyət zamanla ər-arvad arasında konfliktlərin yaranmasına da səbəb olur. Əslində ata-ana olmaq çox ciddi hazırlıq tələb edən bir haldır. Çünki bu addımın heç bir şəkildə geri dönüşü yoxdur.

Son.az gencaile.az-a istinadən bildirir ki, uşağın fiziki və mənəvi olaraq sağlam böyüməsi üçün ailədə nizamlı həyat yaşanmalıdır. Ancaq valideynlər arasındakı mübahisələr, davalar uşaqları sözsüz psixoloji və dolayısı ilə fiziki cəhətdən xəstə etməyə zəmin yaradır. Təbii ki, ardı-arası kəsilməyən mübahisələr nəticəsində boşanmaq qaçılmaz qərara çevrilir.

Boşanma ən bəsit şəkildə ər-arvad arasında münasibətlərin sona çatması kimi tərif edilsə də, əslində bir ailənin parçalanması və birliyinin pozulmasıdır. Valideynlərin verdiyi bu qərar heç də uşaqlarda böyüklərdəki kimi qavranılmır. Mütəxəssislərin apardıqları araşdırma zamanı ayrı-ayrı yaş qrupuna aid uşaqların boşanmanı həm fərqli cür qavradıqları, həm də fərqli reaksiya verdiyi məlum olub.

Körpəlik dövrü kimi adlandırılan 0-2 yaş qrupuna aid olan uşaqlarda bu dövrdə ən çox rastlanan yuxu, qidalanma, həddindən çox ağlama kimi problemlər yalnız valideynlərin davranışları ilə öz qaydasına düşə bilər. Buna görə də bu dövrdə xüsusilə ananın bütün qayğı və sıxıntılarını hiss edən körpənin yanında mübahisə etməkdən çəkinmək lazımdır.

2 yaşdan 6 yaşa qədər davam edən məktəbəqədər dövrdə uşaq boşanmanın izlərini ən dərin şəkildə hiss edir. Bu yaş qrupuna aid uşaqlar özlərini günahlandıraraq valideynlərinin onu cəzalandırdıqları üçün boşandığı qənaətinə gəlirlər. Uşağa bu cür dərin psixoloji sarsıntılar yaşatmamaq üçün valideynlərin boşanma qərarını düzgün planlaşdırmaları mütləqdir. Valideynlər bu qərarı verdikdən sonra nəticəni birlikdə uşağa izah etməlidirlər. Çünki uşaq ailə birliyinin pozulduğu üçün deyil, özünün vəziyyətinin necə olacağı ilə bağlı şübhə və narahatçılığın üzüntüsünü yaşayır.