Salyanda maşın traktora çırpılıb


Digərləri 25 Sen 2018 22:02:00 224 0

Salyanda maşın traktora çırpılıb

Axşam saatlarında Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Alçalı kəndi ərazisi ilə hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qarşıda gedən qoşqulu traktora çırpılıb.

Nəticədə avtomobildə olan rayonun Sarvan kənd sakinləri - 1995-ci il təvəllüdlü Qafarov Rabil Habil oğlu, 1989-cu il təvəllüdlü Əmənov Nazim Qabil oğlu və 1994-cü il təvəllüdlü Quliyev Pərvin İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.