Etikaf nə deməkdir və necə edilir?


Digərləri 25 Sen 2018 21:55:00 257 0

Etikaf nə deməkdir və necə edilir?

Etikaf ərəb dilindən tərcümədə məcburiyyət, davamlı olaraq icra etmək, ətrafında dövrə vurmaq, tərk etməmək kimi mənaları verir. İslam şəriətində etikaf ibadət növüdür.

Son.az islam.az-a istinadən bildirir ki, öz-özlüyündə müstəhəbdir, amma nəzir demək, and içmək vasitəsilə insana vacib ola bilər. Bir neçə gün müddətində məscidə çəkilib bütün vaxtını namaz, dua, zikr, Quran tilavəti və bu kimi digər ibadətlərə həsr etməyə deyilir. Etikafda olan şəxs oruc tutmalıdır. Etikafda olan şəxsin zərurət olmadan (ayaqyoluna getmək, dəstəmaz almaq və s. hallar nəzərdə tutulur) məscidi tərk etməsi qadağandır. Həzrət Mühəmməd Peyğəmbər (s) və məsum imamlar 3 gün və daha artıq müddətdə etikafa gedirdilər.