Məhsul bol olsa da, alıcı tapılmır VİDEO


Digərləri 25 Sen 2018 21:24:00 340 0

Məhsul bol olsa da, alıcı tapılmır  VİDEO

Bu il Qubadakı alma bağlarında təxminən 275 min tona yaxın məhsul toplanıb. Almanın yerli bazarda satışı isə çox aşağıdır. Hazırki vəziyyətdə məhsulu xarici bazara çıxarmaq isə sahibkarlara sərf etmir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, tonlarla məhsul yeşiklərdə qalıb. Məhsul bol olsa da, alıcı sarıdan qıtlıq yaşanır.

Satıcılar deyirlər ki, bu il məhsuldarlıq yaxşı olsa da alıcı yoxdur.

Bağbanlar deyirlər ki,bu il Rusiya bazarınaməhsul satışa çıxarmaq qiymət cəhətdən sərfəli deyil.Yerli bazarda isə məhsulu heç 35 qəpiyə də satmaq mümkün deyil.

Rayonlarda 35-60 qəpiyə satılan almaları isə Bakı bazarlarında tapmaq çətin məsələdir. Bazarda satıcılar deyir ki,həmin alma satış üçün əlverişli deyil.Qiyməti ucuz olsa da, alıcılıq qabiliyyəti yoxdur.


Xəbərə aid video