Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq VİDEO


Digərləri 25 Sen 2018 21:11:00 326 0

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq  VİDEO

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması sisteminin tətbiqinə 2019-cu ildən başlamaq planlaşdırılır. Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

C.Bayramovun sözlərinə görə, "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.

Nazir hazırda işçi qrupun sertifikatlaşdırmanın qaydaları, onun keçirilmə ardıcıllığı üzərində iş apardığını da söyləyib.

C.Bayramov hesab edir ki, sertifikatlaşdırma birdəfəlik proses olmamalıdır.