Zaqatalada çoban dərəyə yıxılaraq ölüb VİDEO


Digərləri 25 Sen 2018 21:12:00 269 0

Zaqatalada çoban dərəyə yıxılaraq ölüb  VİDEO

Hadisə Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin rayon ərazisindən keçən hissəsində, "Maqatur Quzey" adlanan dağlıq yaylaq ərazisində baş verib.

Belə ki, rayonun Dağlı kənd sakini, 1985-ci il təvəllüdlü Azər Səfər oğlu Orucov dərəyə yıxılıb. Ağır bədən xəsarətləri alan A.Orucov hadisə yerində ölüb. Onun meyitini dərədən çıxarmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə əraziyə bələd olan kənd sakinləri də cəlb edilib.

Qeyd edək ki, A.Orucov orta məktəbi bitirdikdən sonra çobanlıqla məşğul olub. O, son bir neçə il idi ki, rayonun Yuxarı Tala kənd sakini, sahibkar Davud Şabanovun sürüsündə çobanlıq edirmiş.

Faktla bağlı araşdırma aparılır.