Mingəçevirdə seyrangah üfunət qoxuyur VİDEO


Digərləri 25 Sen 2018 21:13:00 265 0

Mingəçevirdə seyrangah üfunət qoxuyur  VİDEO

Mingəçevirdə kür çayının sahilində yerləşən "sahil" parkında suya tullantılar atılır. Sakinlər iddia edirlər ki, çayın suyu sahil boyu obyektlər tərəfindən çirkləndirilir. Obyekt sahibləri isə sakinləri günahlandırırlar. Məsələyə müdaxilə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi isəəraziyə kameralar quraşdıraraq nəzarəti gücləndirəcəklərini bildirir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, suyun üzündə plastik, şüşə və dəmir su qabları üzür, yosunlara dolaşan müxtəlif sellofan və digər zibillər çayın üzərində xüsusi qat yaradıb.

Görüntülər Mingəçevirdə Kür çayının kənarında yerləşən "Sahil" parkındandır. Bu ərazi yerli sakinlərin və bura gələn turistlərin əsas istirahət məkanıdır. Günün istənilən vaxtında müxtəlif yaşlı insanlar çay kənarındakı parka gələrək istirahət edirlər. Lakin son vaxtlar sakinlər bu gözəl məkanda hökm sürən natəmizlikdən narazıdırlar.

Şəhər sakinləri suyun çirk və üfunətindən çaya yaxın dura bilmədiklərini deyirlər. Onlar istirahət məkanında fəaliyyət göstərən iaşə obyektlərinin işlərinə məsuliyyətsiz yanaşmaları səbəbindən belə vəziyyətin yarandığını iddia edirlər.