Bakıda insanlar bu keçiddən keçməyə qorxur VİDEO


Digərləri 25 Sen 2018 21:16:00 269 0

Bakıda insanlar bu keçiddən keçməyə qorxur  VİDEO

Yeraltı piyada keçidi olmasına baxmayaraq yaxınlıqda yaşayan sakinlər keçiddən yox birbaşa saatda 120 kilometr sürət olan yoldan keçirlər. Sakinləri buna məcbur edən səbəb, natəmiz keçiddə işıqlandırma sisteminin olmamasıdır. Qaradağ rayonu ərazisində yerləşən bu keçiddəki mənzərəni təqdim edirik .

Yüksək sürət olan avtomagistralda külli miqdarda vəsait xərclənərək yeraltı piyada keçidi inşa edilib. Ancaq baxımsızlıqdan keçid yarasız hala düşdüyündən buradan istifadə etmək müşkülə çevrilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bura paytaxtın Qaradağ rayonu, dəmiryolu stansiyasının yaxınlığıdır. Sakinlərin sözlərinə görə, yeraltı keçid bir neçə il əvvəl təmir edilib. Əvvəllər keçidə nəzarət olsa da sonradan baxımsızlıq üzündən keçilməz hala düşüb.

Bununla yanaşı keçidin içərisi natəmiz vəziyyətədüşüb. Bu səbəbdən piyadaların bir çoxu yolun hərəkət hissəsi ilə keçmək məcburiyyətində qalırlar ki,bu da onların həyatı üçün təhlükə yaradır.