Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ: 2ci sinif şagirdi öldü VİDEO


Digərləri 25 Sen 2018 21:17:00 292 0

Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ: 2ci sinif şagirdi öldü  VİDEO

2-ci sinif şagirdiməktəbdədünyasını dəyişib. Hadisə Sabunçu rayonu 67 saylıtam orta məktəbdə baş verib. Tənəffüs zamanıyemək yeyən şagirdin çörək boğazında qalıb, bu zaman o boğulub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ailənin 10 ildən sonra dünyaya gələn tək övladı məktəbdə tənəffüs zamanı dünyasını dəyişib.

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində yerləşən 67 nömrəli tam orta məktəbdə baş verib.Həmin məktəbin 2-ci sinif şagirdi Sabir Xəlilov tənəffüs zamanı içərisində sosiska olan çörəyi yediyi zaman boğulub.Uşaq boğulan zaman dərhal məktəbin tibb bacısının yanına aparıblar.Bundan sonra isə təcili tibbi yardım çağırsalar da uşağın həyatını xilas etmək mümkün olmayıb.

Uşağın əmisi Namus Rzaquliyev deyir ki, uşağın boğazında anginası var idi. O, qarşıdakı aylarda əməliyyat olunacaqdı.