Səhiyyə sistemimizdə çoxdan gözlənilən yenilik reallığa yaxınlaşır VİDEO


Digərləri 25 Sen 2018 21:18:00 321 0

Səhiyyə sistemimizdə çoxdan gözlənilən yenilik reallığa yaxınlaşır  VİDEO

Yaxın vaxtlarda bütün ölkə üzrə tətbiqinə başlanılacaq icbari tibbi sığorta ilə bağlı qanuna ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulub. Bu məsələ Milli Məclisin səhiyyə komitəsinin iclasında müzakirə olunub. İclasda həmçininürək-damar xəstəlikləri ilə bağlı bəzi xərclərindövlət tərəfindənödənilməsi təklif olunub.

"Tibbi sığorta haqqında" qanuna ciddi dəyişikliklər ediləcək...

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib. İclasda əvvəlcə yaz sessiyasında görülən işlər barədə hesabat verilib. Sonra isə payız sessiyasında görüləcək işlər haqda danışılıb və təkliflər səsləndirilib. Bildirilib ki, yaxın vaxtlarda bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Bu səbəbdən də qanuna ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulub. Qeyd olunub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təkliflər hazırlanıb və Milli Məclisə təqdim ediləcək.

Ürək-damar xəstəlikləri ilə mübarizənin də qanuna daxil edilməsi təklif olunub. Qeyd edilib ki, kəskin infarkt aşkarlandığı ilk anda damara stend qoymaqla xəstənin ömrünü xeyli uzatmaq mümkündür. Bunun üçün isə əməliyyat xərclərinin dövlət tərfindən ödənilməsinə ehtiyac var.