Gənc Tamaşaçılar Teatrı 91-ci mövsümünə "Leyli və Məcnun" tamaşası ilə başlayıb (FOTO)


Digərləri 25 Sen 2018 21:10:25 337 0

Gənc Tamaşaçılar Teatrı 91-ci mövsümünə "Leyli və Məcnun" tamaşası ilə başlayıb (FOTO)

Gənc Tamaşaçılar Teatrı 91-ci mövsümünə qədəm qoyub.

Bakı. Gənc Tamaşaçılar Teatrı 91-ci mövsümünə qədəm qoyub. Teatrdan Trend-ə verilən məlumata görə, sentyabrın 22-də saat 14.00-da balaca tamaşaçılar üçün “Şirinlər”, saat 19.00-da isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub. “Şirinlər” tamaşasından öncə Teatrın uşaqlar və yeniyetmələrlə iş üzrə əməkdaşı, əməkdar artist Ötkəm İskəndərov balaca tamaşaçıları salamlayıb, teatrın onlar üçün hazırladığı maraqlı səhnə əsərlərindən söz açıb. Daha sonra tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə uşaqlarla kiçik viktorina keçirib, qalib teatrın növbəti tamaşasına dəvətnamə ilə mükafatlandırılıb. Uşaqlar “Şirinlər”i böyük sevgiylə qarşılayıblar, rəqslər və şən zarafatlar balacaları xeyli əyləndirib.