Azərbaycanlı aktyor: "Ailəcanlıyam, uzaqda olsam da lazım gələrsə ailəm üçün qaçaraq evə gələrəm" FOTO


Şou-biznes 25 Sen 2018 21:03:00 656 0

Azərbaycanlı aktyor: "Ailəcanlıyam, uzaqda olsam da lazım gələrsə ailəm üçün qaçaraq evə gələrəm"  FOTO

Aktyor Cavidan Novruzun Son.az-a müsahibəsi.

- Keçən mövsüm "Bacanaqlar" və "Vicdan haqqı" seriallarına çəkildiniz. Maraqlıdır, biri komik, digəri isə dram idi. Fərqli situatsiyalara düşmək çətin deyildi ki?

- Hər bir serialın öz yeri var idi. Birində Ramiz obrazını, digərində isə Əbdülü oynayırdım. Ramiz atamın adıdır, Əbdül də mənim üçün doğma roldur (gülür). Bilirəm ki, komediyanı və dramı eyni anda oynamaq kənardan yaxşı görünmür.

- "Vicdan haqqı" serialındakı Əbdül obrazının bu qədər seviləcəyinə inanırdınız?

- Xeyr, buna heç rejissor Rövşən İsaxın özü də inanmırdı. Rövşən İsax məni seriala dəvət edəndə ordakı Əbdül obrazını o qədər də geniş nəzərdə tutmamışdı. Yaxşı alındığına görə rejissor o obrazı ssenaridə böyütdü. Sözün düzü özüm də bu obrazın seviləcəyini gözləmirdim.

- Hal-hazırda müğənni kimi fəaliyyətiniz nə yerdədir?

- Sadəcə olaraq el şənliklərində iştirak edirəm, efirdə nadir hallarda müğənni kimi çıxış edirəm. Aktyorluq mənə elə uğur gətirdi ki, müğənniliyə daha ehtiyac qalmadı.

- Tərəzidə aktyorluq daha ağır oldu?

- Aktyor olmaq mənim uşağlıq arzum olub. Müğənnilik sənəti maddi vəziyyəti yaxşı etmək üçündür.

- Şou-biznes sizi qane edir?

- Kənardan baxdığım qədər vəziyyət çox pisdir, acınacaqlıdır. Şou-biznesin vəziyyətini efirdə yox, sosial şəbəkələrdə izləyirəm. Vallah utanıram onların yerinə.

- Xalq artisti Ramiz Novruzun oğlusunuz. Atanız aktyorluğunuzdan razıdır?

- O həmişə deyir ki, mənimlə məsləhətləş, sonra get filmə çəkil. Atam deyir ki, oxumağı da əldən buraxma.

- Sizə teatrda işləməyi tövsiyyə edir?

- Bəli, hər görüşəndə deyir ki, gəl teatrda çalış. Amma mən hələ də özümü teatrda işləmək üçün hazır bilmirəm.


Xəbərə aid fotolar