İsmayıllıda evdən 8 kqa yaxın narkotik tapıldı VİDEO


Digərləri 25 Sen 2018 21:09:00 304 0

İsmayıllıda evdən 8 kqa yaxın narkotik tapıldı  VİDEO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, sentyabrın 23-də İsmayıllı RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Anar Zeynalov saxlanılıb.

Keçirilmiş tədbirlərin davamı olaraq onun rayonun Keşqurt kəndində yaşadığı evə də baxış keçirilib. Oradan çəkisi 4 kq 240 qr olan qurudulmuş marixuana, 4 ədəd narkotik tərkibli çətənə bitkiləri və 12 ədəd ümumi təmiz çəkisi 3 kq 430 qr olan eyniadlı bitkinin hissələri aşkar edilərək götürülüb.