Yevlaxın iki kəndinə təbii qaz verilib


Digərləri 25 Sen 2018 20:56:00 211 0

Yevlaxın iki kəndinə təbii qaz verilib

Yevlaxın Qaraməmmədli və Rüstəmli kəndlərinə təbii qaz verilib.

Son.az bildirir ki, "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 537 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 52 725 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Xəbərə aid fotolar