Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşüb


Digərləri 25 Sen 2018 20:28:00 332 0

Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Katibinin köməkçisi Ves Miçel ilə görüşüb.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Katibinin köməkçisi Ves Miçel ilə görüşüb. Xarici İşlər Naziliyindən Trend-ə verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin