Bakıdan Ermənistanın təxribatı ilə bağlı rəsmi açıqlama


Siyasət 25 Sen 2018 20:00:00 231 0

Bakıdan Ermənistanın təxribatı ilə bağlı rəsmi açıqlama

Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Mətbuat Xidməti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə keçiriləcək hərbi təlimlərlə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal vurulacaq" - Müdafiə Nazirliyi XİN-dən məsələ ilə bağlı Son.az-a verilən şərhdə deyilir: "Kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, bu ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçiriləcəkdir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə cari ilin 26 sentyabr tarixində Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür".

Zabit Əsgərov Son.az