Donal Tramp: "İrana qarşı sanksiyalar bundan sonra da tətbiq olunacaq"


Dünya 25 Sen 2018 20:04:00 264 0

Donal Tramp: "İrana qarşı sanksiyalar bundan sonra da tətbiq olunacaq"

"Noyabrın 5-də qüvvəyə minəcək tədbirlər paketindən sonra da İrana qarşı sanksiyalar tətbiq ediləcək".

Son.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışı zamanı bildirib. 

O, terrorizmin sponsoru hesab etdikləri İrana qarşı iqtisadi təzyiqlərin davam edəcəyini vurğulayıb: "Biz İran neftini idxal edən ölkələri bundan çəkindirmək üçün işləyirik. Terrorizmin sponsorluğu üzrə dünya liderinə dünyada ən təhlükəli silah yaratmasına yol verə bilmərik".