Ərdoğan BMT sessiyasında qurumu tənqid etdi “5 daimi üzvə xidmət edən bir forma alıb”


Dünya 25 Sen 2018 20:08:00 286 0

Ərdoğan BMT sessiyasında qurumu tənqid etdi  “5 daimi üzvə xidmət edən bir forma alıb”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxış edib.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan çıxışına BMT-ni və zülmə səssiz qalan üzv dövlətləri tənqid etməklə başlayıb:

"BMT Təhlükəsizlik Şurası dünyada baş verən zülmləri seyr edən və 5 daimi üzvə xidmət edən bir forma alıb. Dünya "5"dən böyükdür. İnsanlığın ortaq vicdanının səsi olduğumuza inanırıq".