Sumqayıtda 55 yaşlı kişi itkin düşüb


Digərləri 25 Sen 2018 19:40:00 232 0

Sumqayıtda 55 yaşlı kişi itkin düşüb

Sumqayıt şəhərində 55 yaşlı kişi itkin düşüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Corat bağlar massivində qeydə alınıb. 

Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Nüsrət Cavan oğlu Əliyev yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Onun evdən çıxarkən əynində qara rəngli şalvar, ağ rəngli köynək, ayağında qara ayaqqabı və çiynində iş çantası olub. Boyu 160 sm, orta bədən quruluşlu, qarabəniz, seyrək saçlıdır.