AMEA türk şirkəti ilə müdafiə və aviasiya sahəsində əməkdaşlıq edəcək
Digərləri 25 Sen 2018 19:43:29 352 0
Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb.
Bakı. İlhamə İsabalayeva -
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb.
Trend-in məlumatına görə, sənədin imzalanmasında məqsəd AMEA nəzdində akademik proqramlar vasitəsilə müdafiə və aviasiya sahəsində davamlı əməkdaşlığın qurulması, təcrübə mübadiləsi əsasında tədqiqat və inkişaf üzrə fəaliyyətin sürətləndirilməsidir.
Mənbə: az.trend.az