İki məşhur aktyor arasında qalmaqal “Aktyorluqla əlaqən yoxdur”


Digərləri 25 Sen 2018 19:32:00 239 0

İki məşhur aktyor arasında qalmaqal  “Aktyorluqla əlaqən yoxdur”

Türkiyənin tanınmış iki aktyoru - Cihat Tamer və Əmrah arasında qalmaqal yaşanıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, gərginlik C. Tamerin Əmraha "aktyorluqla əlaqən yoxdur" deməsindən sonra başlayıb. 

Əmrah sosial mediada həmkarını sərt bir şəkildə tənqid edib: "Özünü sənətə, teatra həsr edən bu şəxs hörmətə layiq deyil. Həmin insan əvvələr də, mənim haqqımda açıqlamalar verib. Yaşına olan hörmətimdən cavab vermədim. Ancaq dayanmadı, yenə mənim haqqımda danışdı. Belə daşa düşürəm ki, Cihat Tamerin işi-gücü yoxdur. Heyf, onun bu vəziyyətinə çox kədərlənirəm. Təbii ki, evdə oturub prodüserlərin ona zəng vuracaqlarını düşünmək çətindir. Sənin taleyin budur, Allah köməyin olsun. İnsanlar indi səni xatırlayar, iş tapmağında köməklik göstərərlər" .