Real-ın futbolçusu appendisitdən əziyyət çəkir


İdman 25 Sen 2018 19:06:00 265 0

Real-ın futbolçusu appendisitdən əziyyət çəkir

Real Madrid” komandasının futbolçusu İskonun səhhətində problem yaranıb. Gol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə appendisit kəskinləşməsi diaqnozu qoyulub. Onun bu gün əməliyyat olunacağı və bərpa prosesinin bir ay çəkəcəyi bildirilir.

Qeyd edək ki, “Real Madrid” oktyabrın 28-də X tur çərçivəsində “Barselona”nın qonağı olacaq. İskonun həmin görüşə qədər sıraya dönəcəyi təxmin edilir.